24 sentyabr 2022-ci il tarixdə Xocalı rayon Gənclər və İdman İdarəsi və Qarabağ Regional Təhsil İdarəsi Xocalı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında "27 Sentyabr- Anım günü" nə həsr olunmuş Voleybol yarışı keçirilib. Xocali rayon 4 saylı tam orta məktəbin idman zalında təşkil olunmuş yarışda Xocalı şəhər 4 saylı tam ortaəktəbin komandası - lXocalı şəhər 1 saylı tam orta məktəbin komandası -llXocalı rayon Cəmilli kənd tam orta məktəbin komandası - lll yeri qazanmışdır.Qaliblər Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif edilmişdir .Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliği, yeniyetmə və gənclərin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.Yarışda 50 nəfər şagird iştirak etmişdir .